AZ

Azərbaycanın ən çox məhsul satdığı MDB ölkələri – TOP 5

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan MDB ölkələrinə 223 milyon 483 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu,ötən ilin eyni dövrü ilə müqayisədə 41 milyon 562 min ABŞ dolları (15,6%) azdır. Bu ilin yanvar-fevral ayında MDB ölkələri üzrə ixrac olunan məhsullarda ən çox pay 155 milyon 131 min ABŞ dolları dəyəri ilə Rusiyanın payına düşüb. Rusiyaya ixrac olunan məhsulun dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 40 milyon 803 min ABŞ dolları (20,8%) azdır.

Digər ən çox məhsul ixrac olunan MDB ölkələri 20 milyon 778 min ABŞ dolları dəyəri ilə Ukrayna, 18 milyon 159 min ABŞ dolları dəyəri ilə Qırğızıstan, 12 milyon 209 min ABŞ dolları dəyəri ilə Türkmənistan, 7 milyon 272 min ABŞ dolları dəyəri ilə Qazaxıstan olub.

Bunlar da ötən ilin ilk iki ayı ilə müqayisədə müvafiq olaraq 1 milyon 152 min ABŞ dolları (5,8%) çox, 16 milyon 40 min ABŞ dolları (8,5 dəfə) çox, 3 milyon 335 min ABŞ dolları (21,4%) az, 12 milyon 830 min ABŞ dolları (63,8) azdır. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında MDB ölkələrinə ixrac olunan məhsullar ümumi ixracın 5,86 faizini təşkil edib.

Əvəz Həsənov

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla