AZ

Azərbaycan "yaşıl" hidrogen istehsalı üçün dəniz küləyi resurslarından istifadə üzrə Aİ ilə sıx əməkdaşlıq edir - Nazir

Bakı. Trend:

Azərbaycan "yaşıl" hidrogen istehsalı üçün dəniz küləyiresurslarından istifadə üzrə Aİ ilə sıx əməkdaşlıq edir.

Trend xəbərverir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Abu-Dabidəkeçirilən "yaşıl" hidrogen sammitində çıxışında deyib.

"Bu yaxında işğaldan azad edilmiş ərazilərdə yaşıl zonalarayırmışıq və burada hidrogen istehsal olunacaq. Bu aspekt Avropailə əməkdaşlığımızın təməl daşlarından biridir. Xəzər dənizindəkülək enerjisi potensialı 157 qiqavattdır. Aİ ilə ekoloji cəhətdəntəmiz hidrogen istehsalı üçün dəniz küləyi resurslarından istifadəüzrə sıx əməkdaşlıq edirik və onu Avropa bazarına tədarük etməkniyyətindəyik", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan hidrogen istehsalının inkişafıüzrə yol xəritəsini artıq müəyyən edib.

"Hidrogen 100 faiz bərpa olunan enerji imkanlarına nail olmaqüçün həlledici əhəmiyyət kəsb edir. Biz Azərbaycanda müxtəlifstrateji sənədlərdə hidrogendən istifadə üzrə inkişaf qeydəalmışıq. Ölkəmizin əsas iqtisadi inkişaf strategiyası təkcəhidrogenin istehsalı və istifadəsini deyil, həm də istehsal vəixrac imkanlarının öyrənilməsini özündə ehtiva edir", - deyə nazirəlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla