AZ

Martda həmkarlarını arxada qoydular

İngiltərə premyer-liqasında mart ayının ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib. İki nominasiya üzrə fərqli komandaların üzvləri qalib olublar.

“Ayın ən yaxşı oyunçusu” nominasiyasında “Fulhem”in hücumçusu Rodriqo Muniz qalib gəlib. 22 yaşlı braziliyalı ötən ay ölkə çemionatında 4 oyuna 4 qol vurmuş və 1 məhsuldar ötürmə vermişdi. Onun bu mövsüm premyer-liqada meydana çıxdığı 21 oyunda qapıya 8 dəfə yol tapdığını da qeyd edək.

“Ayın ən yaxşı məşqçisi” nominasiyasında “Bornmut”u çalışdıran Andoni İraola qalib gəlib. İspaniyalı mütəxəssis İngiltərədə ilk dəfə ayın ən yaxşı məşqçisi seçilib. Onun komandası ötən ay ölkə çemionatında keçirdiyi 4 oyunda 3 qələbə qazanmış və 1 matçı heç-heçə başa vurmuşdu. “Bornmut” hazırda premyer-liqada 32 oyuna 42 xalla 13-cü yerdədi.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla