AZ

Beynəlxalq Enerji Agentliyi "İnsan yönümlü təmiz enerjiyə keçid" konfransı təşkil edəcək

Bakı. Trend:

Beynəlxalq Enerji Agentliyi (IEA) aprelin 26-da Parisdə "İnsanyönümlü təmiz enerjiyə keçid" qlobal konfrans-sammit təşkiledəcək.

Trend bubarədə agentliyə istinadən xəbər verir.

Sammitdə təmiz və ədalətli enerji keçidinin təmin olunması üçünmühüm problemlər və imkanlar, o cümlədən, kadr məsələləri, sosialvə iqtisadi inkişaf, sosial inteqrasiya, gender bərabərliyi, eləcədə, sözügedən proseslərdə dünya ictimaiyyətinin iştirakı nəzərdənkeçiriləcək.

"Konfransın işində bir sıra nazirlərin, nüfuzlu siyasətçilərin,həmkarlar ittifaqlarının liderlərinin, enerji şirkətlərininnümayəndələrinin, gənclər və beynəlxalq ekspertlərinnümayəndələrinin iştirakı gözlənilir. Onlar üçün ədalətli vəinklüziv enerji keçidinin əsasında duran mühüm sosial-iqtisadiproblemlər üzrə mühüm müzakirələrdə iştirak etmək imkanıyaradılacaq", - deyə IEA-nın məlumatında qeyd olunub.

Sessiyalarda müzakirə olunacaq məsələlər arasında əhalinin bütüntəbəqələri üçün maksimum fayda əldə etmək məqsədilə təmiz enerjisahəsində strategiyanın hazırlanması, ekoloji cəhətdən təmizenerjiyə keçidə ictimai dəstək də yer alacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla