AZ

Xəstəlikdən əziyyət çəkən aparıcı Azər: "Anamın verdiyi böyrək də xarab oldu..." - VİDEO

“Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə iki dəfə”. 

 

Sfera.az xəbər verir ki, bu sözləri aktyor-aparıcı Azər Baxşəliyev “Qapqara” verilişində xəstəliyindən danışarkən deyib.

 

O bildirib ki, böyrək çatışmazlığından əziyyət çəkdiyi zaman donoru anası olub:

 

“Böyrəklərimin hər ikisi sıradan çıxmışdı. Anam böyrəyinin birini mənə verdi.  Bunun üstündən 4 il keçib.  Amma bu gün də eyni xəstəliklə mübarizə aparıram. Yaxın zamanlarda əməliyyata gedəcəyəm. Donor tapılsa, ikinci dəfə böyrək köçürüləcək. Bacardığım qədər biruzə vermirəm, amma istənilən halda bu bəlli olur. Bəzən düşünürəm ki, anamın verdiyi böyrək də xarab oldu. Heç nədən anamdan böyrək götürdüm. Amma qismət budur. Heç vaxt neqativ düşünmürəm. Ən azından bu xəstəliyin bir çıxış yolu var. İşimlə xəstəliyimi qarışdırmıram. Mənəvi olaraq çox çətin olsa da, gün ərzində xəstəliyim heç yadıma düşmür”. 

Seçilən
36
4
Mənbələr
Şərh ()
Bağla