AZ

Avstraliya cəsur fransalıya vətəndaşlıq təklif edib

Avstraliya

Bakı, 16 aprel, AZƏRTAC

Avstraliyanın Baş naziri Sidney ticarət mərkəzinə hücum edən şəxsin qarşısını kəsən fransalıya vətəndaşlıq təklif edib.

AZƏRTAC “The Barrons” saytına istinadla xəbər verir ki, Damien Qerot adlı fransız altı nəfəri öldürən və onlarla insanı yaralayan cinayətkarın hücumu davam etdirməsinə imkan vermədiyi üçün "qəhrəman" ləqəbini alıb.

“Çətin məsələlərlə üzləşdiyimiz bir vaxtda bu ölkənin vətəndaşı olmayan birinin eskalatorların önündə cəsarətlə dayanaraq cinayətkarın başqa mərtəbəyə qalxmasının qarşısını alması çox mühüm və yaddaqalan bir addımdır”, - deyən Baş nazir Antoni Albanese göstərdiyi "qeyri-adi şücaət" üçün Qerota təşəkkür edib.

Xatırladaq ki, ticarət mərkəzinə hücum zamanı beş qadın və bir pakistanlı təhlükəsizlik işçisi qətlə yetirilib.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla