AZ

800-dən çox biznes subyekti və potensial sahibkar biznes təlimlərdən yararlanıb

Bakı. Trend:

2024-cü ilin I rübündə sahibkarlar və biznesə başlamaqistəyənlər üçün 75 təlim keçirilib, 200-dən çox məsləhət xidmətigöstərilib, 150-dən artıq biznes plan hazırlanıb.

Cari ilin yanvar-mart ayları ərzində KOB subyektlərinin biznesbiliklərinin artırılması və sahibkarlığa dair məlumatlılıqsəviyyəsinin yüksəldilməsi məqsədilə Kiçik və Orta Biznesinİnkişafı Agentliyi (KOBİA) tərəfindən 75 təlim təşkil olunub.Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış,marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə,biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması,layihələrin idarə olunması və digər mövzuları əhatə edib.

Bu dövrdə 13 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməküçün KOBİA-nın əlaqələndiricisi olduğu “Almaniya ilə biznesəməkdaşlığı Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursukeçib. Agentliyin video təlim platformasındakı onlayn təlimvideolarından ödənişsiz olaraq 45 sahibkar və biznesə başlamaqistəyən şəxs faydalanıb.

Ümumilikdə 2024-cü ilin I rübündə Agentliyin təşkilatçılığı iləkeçirilən təlimlərdən 800-dən çox biznes subyekti və potensialsahibkar yararlanıb.

Bu dövrdə 208 sahibkarlıq subyektinə biznesin qurulması vəinkişaf etdirilməsi üzrə məsləhət xidməti göstərilib. KOBİA 152biznes planın hazırlanması üçün KOB subyektlərinə dəstək olub.

Seçilən
36
8
Mənbələr
Şərh ()
Bağla