AZ

Adrien Rabyo “Yuventus”dan ayrılır? - Özü açıqladı

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo Turin klubunun onunla müqaviləsini yeniləməyəcəyi ilə bağlı məlumatlara cavab verib.

Arena.az fransız futbolçunun bu barədə cavabını təqdim edir:

“Hələ “Yuve” ilə yeni müqaviləni müzakirə etmirəm. Məqsədim komandanı UEFA Çempionlar Liqasına qaytarmaqdır.

UEFA Çempionlar Liqasına düşsək, o zaman vəziyyəti dəyərləndirib danışarıq. Gələn mövsüm burada olmasam belə, “Yuventus”un yenidən bu yarışda oynamasını istəyirəm”, deyə Rabyo vurğulayıb.

Xatırladaq ki, Adrien Rabyo 2019-cu ilin iyul ayından “Yuventus”da çıxış edir. O, Turin təmsilçisinin heyətində meydana çıxdığı 205 oyunda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransız futbolçu daha öncə PSJ (226 oyun, 24 qol, 14 assist) və “Tuluza”da (13 oyun, 1 qol, 3 assist) da forma geyinib.

Rabyo 2018-ci ildə Fransa milisi ilə dünya çempionatının qalibi olub. O, ölkəsinin yığmasında 43 oyuna çıxıb, 4 qola imza atıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet portalı Rabyonu 40 milyon avro məbləğində qiymətləndirir

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla