AZ

Qazaxıstanda daşqınlar: 113 mindən çox insan təxliyə edilib

Qazaxıstanda xilasedicilər daşqınlara görə bir sıra yaşayış məntəqələrindən 113 mindən çox insanı təxliyə ediblər.

Musavat.com bu ölkənin mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli zabiti Erasıl Saypaş brifinqdə bildirib.

“Bu vaxta qədər 13 543 nəfər öz evlərinə qayıdıb. Təxliyə məntəqələrində 7014 nəfər, o cümlədən 3144 uşaq var. Ümumilikdə, daşqın başlayandan indiyədək 39 922-si uşaq olmaqla 113 693 nəfər xilas edilib və təxliyə edilib”, - E.Saypaş bildirib.

Onun sözlərinə görə, Aktobe, Kostanay, Akmola, Atırau və Şimali Qazaxıstan vilayətlərində 5708 fərdi yaşayış binası, 1609 həyətyanı sahə və 2035 bağ evi su altında qalıb. 3570 yaşayış binasından və 2195 həyətyanı sahədən suyun axıdılması mümkün olub.

Mart ayında başlayan daşqınlar səbəbindən Qazaxıstanın səkkiz rayonunda yerli fövqəladə vəziyyət qalmaqdadır. Xilasetmə əməliyyatlarına 34 min nəfər, 4 mindən çox texnika və 19 təyyarə cəlb olunub.

Musavat.com

Seçilən
191
50
Mənbələr
Şərh ()
Bağla