AZ

Dünya kubokunun proqramı bilindi

Aprelin 19-21-də Bakıda təşkil olunacaq Dünya kubokunun proqramı bəlli olub.

Offsideplus.az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə açılış mərasimi və təsnifat yarışları olacaq.

Kubokun ikinci günündə fərdi və qrup hərəkətləri proqramı üzrə çoxnövçülükdə qaliblər müəyyənləşəcək. Yarışın son günündə fərdi proqramda və qrup hərəkətləri üzrə finallar baş tutacaq.

Qeyd edək ki, Dünya kubokunda 42 ölkədən gimanstlar yüksək yerlər uğrunda yarışacaqlar.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla