AZ

Tanınmış rusiyalı müxalif yazar həbs olundu

Rusiyada Moskva məhkəməsi tanınmış müxalif yazar Mixail Zıqarı qiyabi həbs edib.

 

Modern.az "Mediazona"ya istinadən xəbər verir ki, Moskvanın Basmannı məhkəməsi jurnalist və yazıçı Mixail Zıqarı (Rusiyada “xarici agent” elan edilib) qiyabi olaraq “hərbi saxtakarlıq” işi üzrə həbs edib.

 

Onun bir həftə əvvəl Zıqarın Rusiyada axtarışa verildiyi məlum olub.

 

Zıqar, “Dojd” telekanalının baş redaktoru olub, “Kommersant” qəzetində işləyib. Bir neçə kitabın müəllifidir. İndi o, Rusiyada yaşamır.

Seçilən
168
19
Mənbələr
Şərh ()
Bağla