AZ

Çin lideri Ukrayna böhranının həlli üçün 4 prinsip təklif edib

Çin lideri Si Cinpin Ukrayna böhranının nəzarətdən çıxmasının qarşısını almaq və mümkün qədər tez sülhü bərpa etmək üçün dörd prinsip təklif edib.

Azpost.info xəbər verir ki, o, təkliflərini Pekində Almaniya kansleri Olaf Şoltsla görüşü zamanı irəli sürüb.

“Birincisi, sülhü və sabitliyi qoruyub saxlamağa üstünlük verməliyik. İkincisi, odun üstünə yağ tökməməliyik. Üçüncüsü, sülhün bərpası üçün şərait yaratmalı və gərginliyi daha da gücləndirməkdən çəkinməliyik. Dördüncüsü, qlobal iqtisadiyyata mənfi təsirləri azaltmalı və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmaqdan çəkinməliyik”, – Cinpin bildirib.

Şolts aprelin 12-dən Çində səfərdədir. Bu, onun Almaniya kansleri kimi Çinə ikinci səfəridir.

Azpost.info

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla