AZ

Yeməkdən sonra ürək ağrısının əsas səbəbləri nədir? Qastroenteroloq izah etdi

Bəzi insanlar yeməkdən sonra zəiflik, başgicəllənmə və ürək ağrısı hiss edə bilərlər.


Aztibb.az “Medik Forum” nəşrinə istinadən xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux bu xoşagəlməz hisslərin yaranmasının səbəblərindən danışıb.


Mütəxəssisin fikrincə, bütün bu simptomların görünüşü qan təzyiqi fərqi üçün xarakterikdir.


Qanın mədə-bağırsaq traktına axması səbəbindən qan təzyiqi aşağı düşür. İnsanda başgicəllənmə, halsızlıq, yorğunluq olur”, - deyə həkim izah edib.


Bununla belə, həkim vurğulayıb ki, bu vəziyyət əksər hallarda yaşlı insanlarda və şəkərli diabet xəstələrində baş verir. Digər yaş qruplarında ürək ağrısı və yeməkdən sonra zəiflik müəyyən spesifik qidalardan qaynaqlana bilər.


140/90 göstəricisi yüksək təzyiq sayılır, lakin 130/80 göstəricisi artıq infarkt və insult riskini artırır.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla