AZ

"YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR

\"YouTube” öz veb versiyasında yeni dizaynı sınaqdan keçirməyə başlayıb. 

AZXEBER.COM xəbər verir ki, bununla belə, istifadəçilər yeni tərtibatdan çox da razı deyillər.

Video pleyerin altında video başlığı, təsviri, kanal adı, bəyənmə sayı, paylaşımlar və şərhlər kimi seçimlər yeni dizaynda sağ tərəfə köçürülüb.

Əvvəllər video təsvirinin olduğu yerdə indi \"tövsiyə olunan videolar\" bölməsi də var.

Hazırda məhdud sayda istifadəçi ilə sınaqdan keçirilən yeni dizayn istifadəçilər tərəfindən bəyənilməyib. Bəzi istifadəçilər yeni tərtibatı uyğun olmayan məzmunlu vebsaytlarla müqayisə edibər.

Ayşən

 

 


Seçilən
38
Mənbələr
Şərh ()
Bağla