AZ

Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq olunub

Bakı. Trend:

Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiqolunub.

Trend xəbərverir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Bildirilib ki, parlament binasına giriş məhdudlaşdırılıb,içəriyə ancaq dəvət olunmuş şəxslər daxil ola bilərlər.

Qeyd olunub ki, təhlükəsizlik tədbirləri Gürcüstan parlamentində"Xarici agentlər haqqında" qanun layihəsinin müzakirəsi iləəlaqədardır. Belə ki, qanun layihəsinə etiraz edənlər daha əvvəlparlament binasının qarşısında toplaşıblar. Gürcüstan polisi 14etirazçını saxlayıb.

Etirazçılar bu gün də etiraz aksiyalarını bərpa edəcəklərinideyiblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
34
1
Mənbələr
Şərh ()
Bağla