AZ

İki böyük qurum birləşdi: İdmançılara nəzarət edəcəklər

Beynəlxalq Olimpiya Komitəsi (BOK) və UEFA matçların fiksasiyası ilə mübarizə aparmaq üçün əməkdaşlıq edəcəklər.

Publika.az xəbər verir ki, bu yay iki böyük idman hadisəsi olacaq. Əvvəlcə Almaniyada futbol üzrə Avropa çempionatı, sonra isə Parisdə Olimpiya Oyunları keçiriləcək. BOK və UEFA birlikdə yarışlarda iştirak edən bütün idmançılar və rəsmilər üçün 24 saatlıq matç monitorinqini təmin edəcək.

Təşkilatlar həmçinin şübhəli mərclər və matç manipulyasiyası haqqında məlumatı bölüşmək üçün mərc oyunları operatorları və tənzimləyicilərlə əməkdaşlıq edəcəklər.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla