AZ

İranın İsrailə hücumu ilə bağlı ŞOK İDDİA: Yeni görüntülər yayıldı – VİDEO

İsrail-İran gərginliyi ilə bağlı yeni görüntülər yayılıb.

Yenicag.az xəbər verir ki, İranın hücumları ilə bağlı “danışıqlı döyüş” iddiası ortaya atılıb.

İsrail Hərbi Hava Qüvvələri İrandan atılan PUA və qanadlı raketlərin məhv edildiyi anları paylaşıb. İngiltərə, ABŞ və İordaniya ilə birlikdə həyata keçirilən əks-əməliyyatla bağlı İsrail ordusunun yaydığı açıqlamada “Ölkə səmasını qorumaq üçün səmaya onlarla Hərbi Hava Qüvvələrinə məxsus təyyarə yerləşdirilib və pilotsuz təyyarələrin və qanadlı raketlərin qarşısı uğurla alınıb” bildirlib.

Görüntülərdə döyüş təyyarələri tərəfindən təsbit edilən raketlər və pilotsuz təyyarələr İsraildə yerləşdirilən “Arrow” anti-ballistik raketləri ilə havada vurulur.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran təxminən 290 raket və kamikadze PUA ilə İsrailə hücum edib.

İsrail dövlətinin ordu sözçüsü Daniel Hagari bildirib ki, raketlərin və PUA-ların 99%-i ya İsrail ərazisinə yetişmədən, ya da İsrail üzərində məhv edilib. Hagari bir neçə ballistik raketin İsrail hava sahəsinə girə bildiyini və onlardan birinin ölkənin cənubundakı Negev səhrasındakı Nevatim Hərbi Hava Qüvvələri bazasına yüngül zərər verdiyini bildirib. Sözçü bazanın “hələ də fəaliyyət göstərdiyini” söyləyib.

İran hücumlarında ölən olmasa da, Negevdə 7 yaşlı uşağın qəlpələrlə yaralandığı bildirilib.

İsrail hücumlara cavab vermək üçün Hərbi Nazirlər Kabinetinə səlahiyyət verib. İsrail ordusu xəbərdarlıq etdiyi yerlərdə sığınacaqlarda gözləməyə ehtiyac olmadığını açıqlayıb.

Onların hava məkanı bağlandıqdan sonra İsrail, Livan, İraq və İordaniyada mülki uçuşlara yenidən icazə verilib.

ABŞ prezidenti Bayden İsrailə tam dəstək verdiyini bildirsə də, İrana qarşı əks hücuma dəstək verməyəcəklərini bəyan edib.

Körfəz Əməkdaşlıq Şurası və Çin tərəfləri mülayim olmağa çağırıblar.

Seçilən
25
50
Mənbələr
Şərh ()
Bağla