AZ

Bahar Muradova: Ailə dəyərlərimizi müxtəlif təhdidlərdən qorumalıyıq

Bakı, 16 aprel, AZƏRTAC

Qadınların çoxluq təşkil etdiyi tədbirlərdə onların iştirakı ilə aparılan müzakirələr çox fəal keçir. Çünki qadınlar müzakirələrdə çox böyük həvəslə iştirak edirlər və hər dəfə də çıxışlarında Vətənə, torpağa bağlı olduqlarını dilə gətirirlər. Qadınlar gənc nəslin formalaşmasında, onların milli-mənəvi və müasir dəyərlərə açıq şəkildə yetişdirilməsində böyük rol oynayırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qadınlar Günü münasibətilə təltif olunmuş qadınlara medalların təqdimetmə mərasimində çıxışında söyləyib.

Komitə sədri həyatda uğur qazanmış qadınlarla görüşün hər zaman qəlblərdə iz saldığını vurğulayıb. Qeyd edib ki, bu da qadınların daha çox nailiyyətlərə imza atacağına ümidi artırır.

2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində bir çox istiqamətlərdə müvafiq tədbirlərin keçirildiyini xatırladan B. Muradova Ulu Öndərin sağlığında Azərbaycan qadınlarına və onların uğurlarına yüksək qiymət verdiyini diqqətə çatdırıb

“Biz bundan sonra da ailə dəyərlərimizi qoruyub saxlamalı, onları müxtəlif təhdidlərdən, çətin vəziyyətlərdən qoruyaraq dövlətimizin inkişafına dəstək verməliyik”, -deyə komitə sədri vurğulayıb.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla