AZ

Makron: "Fransa təyyarələri İordaniyanın tələbi ilə İranın İHA-larını vurdu"


Fransa prezidenti Makron İranın İsrailə qarşı buraxdığı pilotsuz uçuş aparatlarının İordaniya hava məkanında Fransa döyüş təyyarələri tərəfindən vurulduğunu bildirib.

7NEWS.az xəbər verir ki, Britaniyanın baş naziri Rişi Sunakın ardınca Fransa prezidenti Emmanuel Makron da İrandan İsrailə atılan pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün ölkəsinin döyüş təyyarələrindən istifadə edildiyini etiraf edib. Makron aprelin 13-dən 14-nə keçən gecə İsrailə hava hücumu həyata keçirən İran İHA-larını İordaniya hava məkanında vuraraq qarşısını aldıqlarını və tələbin İordaniyadan gəldiyini bildirib.

7NEWS.az
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla