AZ

2024-cü ilin ilk rübündə Naxçıvanda 2052 çıxarış verilib

2024-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2052 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, cari ilin ilk rübündə mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 789-u fərdi yaşayış evi, 300-ü mənzil, 840-ı torpaq sahəsi, 32-ü qeyri-yaşayış binası, 81-i qeyri-yaşayış sahəsi, 9-u əmlak kompleksi, 1-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 931-i və ya 45,4 faizi Naxçıvan şəhərinin, qalanı isə rayonların payına düşür.

Cari ilin ilk üç ayında 1850 texniki sənəd parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib. Həmin dövr ərzində 1313 texniki sənəd tərtib edilib.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla