AZ

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

Sidney

Bakı, 16 aprel, AZƏRTAC

Sidney rəsmiləri kilsə mərasimi zamanı bir yepiskop və keşişin yaralanmasına səbəb olan bıçaqlı hücumdan sonra 16 yaşlı gənci həbs edərək, hadisəni terror aktı kimi dəyərləndirib.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Yeni Cənubi Uels polis komissarı Karen Vebb hücumun dini zəmində törədildiyini bildirib. O, həbs olunan yeniyetmənin polis tərəfindən tanındığını, lakin terrora nəzarət siyahısında olmadığını əlavə edib. Bildirilib ki, şübhəli əvvəllər məhkum edilsə də, Sidney məhkəməsi tərəfindən şərti azadlığa buraxılmışdı.

Xatırladaq ki, hücum şənbə günü Sidneydəki ticarət mərkəzində altı nəfərin öldürülməsindən sonra baş verib.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla