AZ

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Deputat:

Bakı, 16 aprel, AZƏRTAC

Dənizdə süni torpaq sahələrinin yaradılmasından beynəlxalq təcrübədə geniş istifadə olunur. Bəzi dövlətlər bundan enerji, nəqliyyat, turizm, digərləri isə hərbi məqsədlər üçün istifadə edirlər. Sonuncuya Rusiya və Çini misal göstərmək olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov komitənin aprelin 16-da keçirilən iclasında deyib.

Yaponiyanın süni adalardan nəqliyyat məqsədilə istifadə etdiyini diqqətə çatdıran deputat bildirib: “Süni adalar beynəlxalq konvensiya əsasında yaradılır. Yeni qanun layihəsi bu sahədə Azərbaycanda yeni imkanlara yol açacaq”.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla