AZ

Xi Jinping Pekində Scholz ilə görüşüb

Çin Prezidenti Si Cinpin Pekin Diaoyutai iqamətgahında Almaniya kansleri Olaf Şolz ilə görüşüb. Vətəninfo.az TASS agentliyinə istinadən verdiyi məlumata görə , bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“Çin-Almaniya münasibətlərinin inkişafı bütün dünyaya öz təsirini göstərir”, – Çin sədri Si Cinpin görüşdə bildirib.

Scholz aprelin 12-dən Çində səfərdədir. Bu, onun Almaniya kansleri kimi Çinə ikinci səfəridir. Scholz-u ətraf mühit, kənd təsərrüfatı və nəqliyyat nazirləri müşayiət edir. Nümayəndə heyətinə aparıcı alman şirkətlərinin, xüsusilə Siemens, BMW və Mercedes-Benz şirkətlərinin nümayəndələri daxildir.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla