AZ

Rusiya Ukrayna cəbhəsində situasiya Kiyevin əleyhinə dəyişir

Rusiyanın hücumları, taktiki uğurlar əldə etməsi Ukrayna ordusunda ruh düşkünlüyü və geri çəkilmə ilə nəticələnir. ABŞ-da prezident seçkiləri öncəsi Kongresin Ukraynaya yardımları təsdiq etməməsi, Avropanın vahid mövqeyinin olmaması V. Putini kifayət qədər cəsarətləndirib.

Rusiya prezidenti təkcə Ukrayna ilə deyil, Polşa və Bribaltika ölkərini və Mərkəzi Asiyani cəzalandırmağı planlaşdırır. Təbii ki, Avropanın cəsarətsizliyi, ABŞ vecsizliyu Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altına qoyub.

Almaniya, Fransa və Böyük Britaniya üçlük koalisiya yaradıb, Ukraynada Rusiyanın hücumlarını dayandıra bilər. Vaşinqtonda hesab edirdilər ki, Avropa Rusiya qarşısında mövqeyini ortaya qoyacaq. Amma, ABŞ respublikaçilarda İranın İsrailə hücumunun nə qədər təhlükəli olduğunu, Rusiya və İranın ikili əməkdaşlığınin Vaşinqtonun beynəlxalq maraqlarına təhdid olduğunun fərqinə gəlib.

Növbəti ayda Respublikaçılar Ukraynaya hərbi yardımı təsdiq etməsi mümkün ola bilər. Almaniya və Fransada Ukraynada Rusiyanın irəliləyişinin təhlükəli olduğunu, Moskvanın Avropa üzərində dominantlığının yaxınlaşdıgıni hiss etdikdən sonra Ukraynaya əməli hərbi yardımları artıracaq. Proses yay aylarında mümkün görünür.

Məhəmməd Əsədullazadə

visiontv.az



Seçilən
71
Mənbələr
Şərh ()
Bağla