AZ

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İri

Bakı, 16 aprel, AZƏRTAC

Ölkə ərazisində epizootik sabitliyin təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən "Epizootiya əleyhinə profilaktiki və diaqnostiki tədbirlər planı"na əsasən, iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, peyvənd vasitələri bölgələrə vaxtında çatdırılaraq “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər dezinfeksiya olunur.

Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsini tövsiyə edir. Həmçinin xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına şərait yarada bilər.

Agentlik bildirir ki, hazırda respublikanın ərazisində epizootik vəziyyət sabitdir.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla