AZ

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

ABŞ-da

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 15-də Nyu-York şəhərində ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı ilk məhkəmə prosesi başlayıb. Məhkəmə binası yaxınlığında yüzdən çox jurnalist toplaşıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, məhkəmədə şəxsən iştirak edən Donald Tramp mətbuata qısa açıqlamasında prosesin “ifritə ovu” olduğunu bir daha təkrarlayıb.

Respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürən Donald Tramp 2016-cı ildə seçki kampaniyası üçün topladığı vəsaitləri qanunsuz xərcləməkdə, sənədləri saxtalaşdırmaqda və aktrisa Stormi Denielsə 130 min dollar verməkdə ittiham olunur.

Trampın aktrisaya pul verməsi qanun pozuntusu olmasa da, ödəniş məhkəmə xərcləri kimi sənədlədirilib.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla