AZ

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Times of Israel" qəzetinə yüksək vəzifəli İsrail rəsmisi danışıb.


“HƏMAS son girovların dəyişdirilməsi təklifinin bütün şərtlərini rədd etdi”, - rəsmi şəxs bildirib.

 

O həmçinin qeyd edib ki, HƏMAS yeni şərtlər irəli sürüb:

 

"HƏMAS tələb edir ki, sazişin birinci mərhələsində İsrail ordusu Qəzza zolağından tam çıxarılsın, daimi atəşkəs və ikinci mərhələdə fələstinlilərin məhdudiyyətsiz olaraq anklavın şimalına qayıtmasına zəmanət verilsin".

 

İsrail rəsmisi həmçinin bildirib ki, HƏMAS ilk mərhələdə yaşı 50-dən yuxarı olan 20-yə yaxın girovu azad etməyə hazırdır, lakin buna qədər “altı həftəlik atəşkəs” tələb edir.  HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar sövdələşmədə maraqlı deyil və qəzzalıların əziyyət çəkməsinə əhəmiyyət vermir.

 

İnci

Seçilən
98
15
Mənbələr
Şərh ()
Bağla