AZ

“Yuventus”un istədiyi futbolçu Braziliya klubunda

“Latsio”nun hücumameyilli yarımmüdafiəçisi Felipe Anderson yayda “Palmeyras”ın futbolçusu olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Braziliya klubu 31 yaşlı futbolçu ilə 2027-ci ilin sonuna qədər ilkin müqavilə imzaladığını açıqlayıb.

Felipe Andersonla “Yuventus”un da maraqlandığı yazılırdı. 

Bu mövsüm braziliyalı yarımmüdafiəçi A Seriyasında 32 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla