AZ

İran təhdid etdi: “Saniyələr içində...”

İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Qəni deyib.

“Əgər İsrail İran torpağına toxunmağa cəhd etsə, şübhəsiz ki, əvvəlki ilə müqayisədə daha güclü zərbə alacaq. İsrail daha bir səhv etsə, cavab güclü və dərhal olacaq və günlərlə və ya saatlarla deyil, saniyələrlə ölçüləcək”, - diplomat bildirib.

Qəni aprelin 1-də İranın Suriyadakı konsulluğuna hücumu “İsrailin strateji səhvi” adlandırıb. Onun sözlərinə görə, bu səbəbdən Tehran İsrail ərazisində “İranın müdafiə qabiliyyəti və hərbi potensialını göstərmək üçün” əməliyyat keçirmək qərarına gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
30
Mənbələr
Şərh ()
Bağla