AZ

Gəncə sakini itkin düşdü – “Vito” markalı mikroavtobusdan düşüb və ondan…

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında “Vito” markalı mikroavtobusdan düşüb və ondan xəbər alınmayıb.

Yaxınlarının sözlərinə görə, dünən bir müddət telefonuna zəng çatsa da, sonradan əlaqə yaratmaq mümkün olmayıb. Həsənovun üzərində cinsi şalvar, boz köynək, başında kepka olub.

Onu görənlərdən 055 764 90 51 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

(Qafqazinfo)

 

Seçilən
53
8
Mənbələr
Şərh ()
Bağla