AZ

İran PUA-ları İsrailə 6 saata uçub

Hazırda İran – İsrail qarşıdurması dünyanın güc mərkəzlərində ən ciddi müzakirə mövzularından biridir.

Müzakirələrdə İrana qarşı ciddi bəyanatlar səslənsə də hələ ki, İsrail bu həmləyə cavab verməyib. Doğrudur bəzi bəyanatlar səslənib və bu həmlənin cavabsız qalmayacağı bildirilib.

Herbiand.az xəbər verir ki, məsələyə münasibət bildirən Aİ diplomatik xidmətinin rəhbəri Jozep Borrell fikirlərini Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.

Borrell bildirib ki, İran həmləsindən bir neçə gün əvvəl bizə xəbərdarlıq edilmişdi. Diplomat

Aİ diplomatik xidmətinin rəhbərinin sözlərinə görə, İsrailə hücumdan sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ona İslam respublikasının yalnız “hərbi hədəfləri” vurduğunu deyib.

Borrell qeyd edib ki, Tehran həqiqətən də ciddi ziyan vurmaq istəsəydi, hədəflərinə çatmaq üçün təxminən 6 saat çəkən İsrailə pilotsuz təyyarələr göndərməzdi: "Amma bu, heç bir şəkildə bu hücumun əhəmiyyətini azaltmır”.

Herbiand.az

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla