AZ

Yaponiya dünya üçün yeni təhlükələr olduğunu elan edib

Yaxın Şərq və Avropadakı münaqişələr beynəlxalq ictimaiyyət üçün kiberhücumlar və dezinformasiyanın yayılması kimi yeni təhlükələr yaradır, həmçinin beynəlxalq problemlərin həllinə mane olur. Vətəninfo.az xəbər verir ki, bu qiymət Yaponiya Xarici İşlər Nazirliyinin diplomatiyaya dair “Mavi kitab” illik hesabatında verilib.

“Dünya sabitliyi üçün tarixən vacib olan üç regiondan ikisi (Avropa, Yaxın Şərq və Şərqi Asiya) müharibə vəziyyətindədir. Bu, kiberhücumlar və dezinformasiyanın yayılması kimi yeni təhlükələr yaradır və qlobal problemlərin həlli üçün beynəlxalq əməkdaşlığa mane olur. Şərqi Asiya da daxil olmaqla Hind-Sakit okean regionunda sabitlik həmişəkindən daha vacibdir”, – sənəddə deyilir.

Bundan əlavə, hesabatda cari münaqişələr “dünyanın bütün regionlarının, o cümlədən Yaponiyanın sabitliyinə və rifahına təsir edən problemlər” kimi müəyyən edilir.

Bu baxımdan Xarici İşlər Nazirliyi Yeddilik Qrupunun və Dördtərəfli Təhlükəsizlik Dialoqunun tərəfdaş dövlətləri (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) ilə əlaqələrin inkişafına önəm verir.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla