AZ

Ermənilər indi də “O olmasın, bu olsun” musiqisini oğurlayıb - VİDEO

Ermənilər Azərbaycana məxsus daha bir musiqini oğurlayıb.

Day.Az xəbər verir ki, hazırda ermənilər dünyaya dahi bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim edirlər.

Hətta həmin musiqi erməni pianoçu Hayk Melikyan tərəfindən Paris Operasında ifa olunub.

Musiqinin adını "Vaqarşapet rəqsi" qoyublar.

Ermənilər iddia edir ki, bu musiqini 1947-ci ildə Arno Babacanyan yazıb.

Həqiqət necədir?

Fakt budur ki, bu musiqi dahi bəstəkar Üzeyir Hacıbəyovun müəllifi olduğu "O olmasın, bu olsun" musiqili komediyasındadır.

Üzeyir Hacıbəyov bu komediyanı hələ 1910-cu ildə yazıb. Onun premyerası Arno Babacanyanın anadan olmasından 10 il əvvəl, 1911-ci ildə Bakıda təqdim edilib.

Daha sonra komediya 1912-ci ildə Şuşada səhnəyə qoyulub. Əsər 1919-ci ildə isə ilk dəfə lentə alınıb. İkinci dəfə "O olmasın, bu olsun" filmi artıq 1956-ci ildə çəkilib.

Təqdim etdiyimiz videoda erməni pianoçu Hayk Melikyanın ifa etdiyi "Vaqarşapet rəqsi"ni və Üzeyir Hacıbəyovun müəllifi olduğu "O olmasın, bu olsun" musiqisini dinləyə bilərsiniz.  

Seçilən
48
3
Mənbələr
Şərh ()
Bağla