AZ

Orenburqda 15 mindən çox ev su altındadır


Rusiyanın Orenburq vilayətində 15 mindən çox ev və 23,6 mindən çox təsərrüfat sahəsi su altında qalıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bölgədə federal fövqəladə vəziyyət rejimi qüvvədədir.
Bildirilir ki, daşqın zonalarından 16,5 mindən çox insan təxliyə edilib.
Qeyd olunur ki, Orenburq vilayətində Ural çayında suyun səviyyəsi son sutka ərzində 16 sm azalaraq 11,6 m təşkil edib (9,3 m təhlükəli hədd hesab olunur).
Daşqınlardan ən çox zərər çəkən şəhər olan Orskda su 60 sm azalaraq 6,2 metrə qədər enib. Onun yaxınlığındakı Ural çayının səviyyəsi 9 sm artaraq 9 metrə çatıb. Bildirilir ki, burada daşqının pik həddi həftənin ikinci yarısında gözlənilir.
Qeyd edək ki, aprelin 5-də Orenburq vilayətinin Orsk şəhərindəki sahil bəndinin bir hissəsi dağılıb. İki yerdə qismən çökmə baş verib. Orskdakı köhnə şəhər tamamilə su altında qalıb.
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla