AZ

Azərbaycanda ilk dəfə zəfərandan yeni məhsullar hazırlanacaq

Azərbaycanın ən böyük zəfəran istehsalçısı olan “Absheron Saffron Ltd” MMC yeni adda məhsulların istehsalına başlamağı planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi Xəlil Cəfərov deyib.

İstehsallarını genişləndirmək niyyətində olduqlarını deyən X.Cəfərovun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq, zəfərandan yeni məhsullar - zəfəranlı zeytun yağı, zəfəran sirkəsi (6 növ), zəfəranın özündən və çiçəyindən yağ, antioksidant, lokum, zəfəran kofesi istehsal edəcəklər. Artıq sadalanan məhsullar test məqsədilə hazırlanıb, istehsalına başlamaq üçün sertifikatlaşdırma prosesi həyata keçirilir. Müvafiq dövlət qurumları rəy verdikdən sonra istehsala başlamaq tarixi müəyyən ediləcək. Məhsulların daxili bazara çıxarılması ilə yanaşı, xaricə də ixrac edilməsi nəzərdə tutulur.

İlhamə İSABALAYEVA

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla