AZ

23 aprelə gedən yol

7 gün qalırdı...

Aksiyanın 126-cı günü...

-Ötən il aprelin 16-da azərbaycanlı ekofəalların və könüllü gənclərin Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 126 gün idi ki, davam edirdi.  Həmin gün də yüksək fəallıq nümayiş etdirilib, hər zaman olduğu kimi, aksiya iştirakçıları Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Eyni zamanda dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

-Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 minik avtomobili ərazidən maneəsiz keçib. Daha sonra Xankəndidən Laçın istiqamətinə hərəkət edən BQXK məxsus həmin avtomobillər əks tərəfə geri qayıdıb.

- Rusiya sülhməramlılarına məxsus avtomobillər də maneəsiz hərəkət ediblər. Sülhməramlılara məxsus 36 avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 57 avtomobil keçib.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla