AZ

Yuxulu Tramp...

Trampın məhkəməsi. Dünən məhkəmənin birinci günü idi və qayda olaraq ilk günlərdə andlıların seçimi keçirilir.

Hakim Merçan hər andlı üçün 42 sual hazırlayıb və bu suallara cavablar təhlil ediləndən sonra 12 andlı seçiləcək. Misal üçün 42 sualdan ikisini qeyd edək:

- Sizin, qanunların tələblərinə əməl etməyə mane ola biləcək və ya buna yanaşmanızı poza biləcək hər hansı siyasi, əxlaqi, intellektual və ya dini inanclarınız və ya fikirləriniz varmı?

- Hal-hazırda və ya bundan qabaq Trampın sosial şəbəkələrdə fəaliyyətini izləmisinizmi?

Və s.

Andlıların hamısı Nyu-York sakinləri olacaqlar.

Andlılar 2 həftəyə seçiləcək, məhkəmənin özü isə 8-10 həftə şəkəcək. Məhkəmə hər həftənin 1-ci, 2-ci, 4-cü və 5-ci günlərində keçiriləcək.

Sonra.

Dünənki məhkəmə hakim tərəfindən son dərəcədə sərt keçirilmişdi. Hakim Merçan Trampa dedi ki, əgər Tramp sosial şəbəkədə məhkəmə barədə nalayiq ifadələr işlədəcəksə, birinci dəfə cərimə, ikinci dəfə isə həbs olunacaq. Bundan əlavə, Merçan dedi ki, əgər Tramp məhkəməyə gəlməsə, o həbs olunacaq.

Jurnalistlər qeyd edirlər ki, Tramp dünən çox yorğun görsənirdi və bir neçə dəfə məhkəmə zalında az qala yatmışdı. "Yuxulu Co" deyərək Baydenə lağ edən Tramp məhkəmədə yuxuya gedirdi.

Kamran Cəfərov

visiontv.az



Seçilən
18
Mənbələr
Şərh ()
Bağla