AZ

"Şeydayevin artıq daha çox ön plana çıxması gözlənilir"

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin "Kocaelispor"da ilk qolunu vurması barədə Kocaeli mediasında ayrıca xəbərlər verilib.

Türkiyə 1-ci liqasının aprelin 14-ü keçirlən 30-cu turunun matçında Şeydayevin komandası öz meydanında autsayder "Giresunspor"a 2:0 hesabı ilə qalib gəlib. Ramil meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. 28 yaşlı hücumçu 8-ci dəqiqədə hesabı açıb. Bu, Şeydayevin Türkiyə klubunda ilk qolu olub.

QOL.az-ın məlumatına görə, "Çağdaş Kocaeli" qəzeti bununla bağlı xəbərə "Ramil siftə etdi" başlığı verib. "Kocaeli" qəzeti isə "Azəri Ramil ilk qolunu vurdu" başlıqlı xəbərində qeyd edib ki, "Kocaelispor"un qış transferində heyətinə qatdığı Şeydayev son oyunlarda çox istəkli görünür.

"Son oyunlarda istəkli görünən istedadlı oyunçu bu istəyini "Giresunspor"la matçda vurduğu qolla mükafatlandırdı. Şeydayevin artıq daha çox ön plana çıxması gözlənilir" - deyə xəbərdə qeyd edilir.
 
"Özgür Kocaeli" qəzetinin başqa bir xəbərində isə bildirilir ki, "Giresunspor"la oyunda Ramil bu mövsüm üçüncü sarı vərəqəsini alıb. Daha əvvəl o, "Altay" və "Goztepe" ilə görüşlərdə də cəzalandırılmışdı. Şeydayev daha bir sarı vərəqə alacağı halda cəzalı duruma düşəcək.

Qeyd edək ki, superliqaya yüksəlmək uğrunda mübarizə aparan "Kocaelispor" 30 turdan sonra 52 xalla 3-cü yeri tutur. Yüksək liqaya vəsiqəni təmin edən lider "Eyupspor"un 68, 2-ci pillədəki "Goztepe"nin 60 xalı var. Çempionatın bitməsinə 4 tur qalır. Əgər "Kocaelispor" yekunda ikinci yeri tutub yüksək liqaya birbaşa vəsiqə qazana bilməsə, o zaman superliqaya yüksəlmək üçün pley-off matçları oynayacaq. 

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla