AZ

İrandan İsrailə SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.

 

Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani deyib. Bu barədə IRNA agentliyi məlumat yayıb.

 

Qurum rəsmisi fikirlərini bu cür ifadə edib:

 

“Əgər İsrail İran torpağına toxunmağa cəhd etsə, əvvəlki ilə müqayisədə mütləq daha güclü zərbə alacaq. Təl-Əviv növbəti səhvə yol verərsə, cavab güclü və dərhal olacaq - günlərlə, saatlarla deyil, saniyələrlə ölçüləcək”.

 

 

Xarici işlər nazirinin müavini aprelin 1-də İranın Suriyadakı səfirliyinin konsulluq şöbəsinə endirilən zərbəni İsrailin “strateji səhvi” adlandırıb:

 

“Bu səbəbdən Tehran İsrail ərazisində İranın müdafiə qabiliyyətini və hərbi potensialını yoxlamaq üçün əməliyyat keçirməyə qərar verib”.

 

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani qeyd edib ki, Tehran Yaxın Şərqdə eskalasiyaya can atmır, lakin respublikaya qarşı hər hansı qeyri-qanuni və irrasional hərəkətlərə cavab vermək niyyətindədir.

 

Günay

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla