AZ

“Neftçi", "Zirə", "Sabah" və "Sumqayıt"dan bunu gözləmək düzgün deyil” - Aslan Kərimovdan etiraz

Misli premyer-liqasında 30-cu turuna “Sumqayıt” – “Zirə” matçı ilə start verildi. 2-ci yer uğrunda mübarizə aparan komandalar heç də ürəkacan oyun göstərmədi.

Bilirik ki, “Qarabağ”ın bəlli bir oyun səviyyəsi var. Ağdamlılar heç bir halda həmin səviyyədən enməyəcək. Amma avrokuboklara vəsiqəyə can atan başqa komandaların – “Zirə”, “Sumqayıt”, “Neftçi” və “Sabah”ın oyun keyfiyyəti ilə bağlı narahatlıq var. Belədə avrokuboklar ərəfəsində “həyəcan təbili” çalmağın vaxtı deyilmi?

Veteran futbolçu Aslan Kərimov “Footbal-plus.az” bu mövzuda açıqlama verdi:

“Qarabağ” Avroliqada, Çempionlar Liqasında çıxış edərkən qruplara qədər gedəcəyinə heç kim şübhə etmir. Amma bir məqamı yada salamaq lazımdı. Komanda yeni-yeni dirçəldiyi dönəmdə - 2009, 2010, 2011-ci illərdə bir, hətta iki mərhələ keçəcəyini heç kim deyə bilməzdi. "Köhlən atlar"ın"Rusenborq"a 1:0 qalib gəlib mərhələ keçməsi bizi sevincə boğmuşdu. Amma hazırda "Qarabağ" qrupa düşməyəndə bunu uğursuz nəticə kimi dəyərləndiririk. Eynilə digər klublarımıza da müəyyən zaman lazımdı. Təbii ki, bir məşqçinin fəaliyyətini nəzərdə tuturam. Yoxsa tez-tez dəyişiklik etməklə nəsə həll olunmur. Hər gələn məşqçi də öz oyun üslubunu ortaya qoymaq istəyir, yaxşı alınmadıqda isə məşqçi gedir və sabitliyi saxlamaq olmur. Bu klublarımızın Avroliqada nəticə qazanmamasının səbəbi tez-tez dəyişikliklərin baş verməsidi”.

Kərimov adı çəkilən komandalardan böyük gözləntilər olmasının doğru saymır:

“Avroliqaya gedən yolda maddiyyat önəmlidi. 20-30 milyon büdcə olduğu və məşqçinin də sabit qaldığı komandada ən azı 5 il müddətinə böyük nəticələr əldə eləmək mümkündü. Düzdü, nə qədər yaxşı məşqçi olsan belə, 4-5 milyonla "Qarabağ"la mübarizə apara bilmərsən. Doğru sistemlə işləsən belə, kiçik büdcəylə 30-40 milyona qarşımübarizə aparmaq mümkünsüz olar. Bunun içində xırdadetallar da var. Niyə "Qarabağ" hər dəfə yaxşıları tapır, başqaları isə keyfiyyətli futbolçu seçə bilmir?! Bu da ayrı mövzudu. Fikrimcə, istər “Neftçi", "Zirə", "Sabah",istərsə də "Sumqayıt"ın Avroliqada qrupa düşməsini gözləmək düzgün deyil. Ən azı 5-6 il vaxt lazımdı ki, bir struktur qurulsun”.

RÖYANƏ OĞUZ
Seçilən
66
Mənbələr
Şərh ()
Bağla