AZ

"İranın maraqlarına zidd olan istənilən hərəkətə cavab verəcəyik" - Rəisi

İran prezidenti İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı zamanı ölkəsinin maraqlarına zidd olan istənilən hərəkətə “dəhşətli cavab” veriləcəyi ilə hədələyib.

"Unikal" xəbər verir ki, bu barədə məlumat İran KİV-lərində dərc olunub.

O, təcavüzkarın (İsrail - red.) cəzalandırılması əməliyyatının uğurla keçdiyini vurğulayıb.

"Biz qətiyyətlə bildiririk ki, İranın maraqlarına qarşı ən kiçik addım belə, mütləq dəhşətli, kütləvi və ağrılı cavabla qarşılanacaq", - deyə o bildirib.

Xatırladaq ki, aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.

Gülayə Mecid  

Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla