AZ

İsrailə cavab saniyələr içində veriləcək - İran rəsmisi

İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək.

Yenisabah.az SNN-ə istinadla xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Əli Baqiri Kəni deyib.

“Əgər İsrail İran torpağına soxunmağa cəhd etsə, əvvəlki ilə müqayisədə, mütləq daha güclü zərbə alacaq. Əgər İsrail növbəti səhvə yol verərsə, cavab güclü və dərhal olacaq, bu cavabın vaxtı günlərlə və ya saatlarla deyil, saniyələrlə ölçüləcək”.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani qeyd edib ki, Tehran Yaxın Şərqdə eskalasiyaya can atmır, lakin respublikaya qarşı “hər hansı qeyri-qanuni və irrasional hərəkətlərə” cavab vermək niyyətindədir.

 


Telegram kanalımız
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla