AZ

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycanda sığortanın inkişaf etməsi, insanlar arasında bu sahəyə inam yaratmaq və maliyyə sistemində sığortanın davamlılığını təmin etmək bizim əsas fəaliyyət istiqamətlərindəndir.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, ölkəmizdə həyata keçirilən rəqəmsallaşma prosesində sığorta sahəsinin də yer alması olduqca önəmlidir. Lakin bu prosesdə təhlükəsizlik məsələləri ön planda nəzərdə tutulmalıdır: "Nəzərə alsaq ki, Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır, bu baxımdan kibertəhlükəsizlik çox önəmli rol oynayır və daim diqqət mərkəzində saxlanılmalıdır".

Seçilən
58
50
Mənbələr
Şərh ()
Bağla