AZ

Şəxsləri intihara sövq edənləri HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Şəxsləri intihara sövq edənləri HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

İntihar insanın öz iradəsi ilə həyatına qəsd etməsi kimi müəyyən edilir. İntihar çox vaxt insanın yaşadığı acizlik və psixoloji problemin nəticəsidir. Şəxsin çarəsizliyi və problemi olduğu halda buna biganə yanaşmaq geri dönməz nəticələrə səbəb ola bilər. Maliyyə problemləri və şəxslərarası münaqişələr intihara səbəb olan əsas amillərdəndir. Lakin digər bir məsələ isə şəxsi intihara sövq etməkdir. Məsələyə hüquqi baxımından yanaşsaq şəxsi intihara təşviq etmək qəsdən adam öldürmə cinayəti ilə paraleldir. Bu baxımdan istintaq prosesi zamanı şəxsin intiharının arxasında başqa bir şübhəli, səbəbkar varsa burada cinayət məsuliyyəti yaranır. Sübuta yetirildiyi təqdirdə fərdi intihara sövq edən şəxsləri hansı cəza gözləyir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Vəkillər Kollegiyasının üzvü Emil Aslanov bildirib ki, şəxs intiharının arxasında təqsirkar varsa, bu zaman həmin şəxsə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə barəsində iş açılır.

" İlk olaraq qeyd edim ki, burada cinayət məsuliyyətinin yaranıb-yaranmamasının müəyyən edilməsi üçün rəftarın "amansız" olub-olmaması konkret işin hallarından asılı olaraq müəyyən edilməlidir. Özünü öldürmə həddinə çatdırmanın obyektiv cəhəti mürəkkəbdir. Bu məsələyə təqsirkarın davranışı (hədə-qorxu gəlmə, amansız rəftar, alçaltma), zərərçəkmişin təqsirkardan asılılığı, bunların nəticəsində şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd həddinə çatması daxildir. Belə hallar aşkar olduqda, təqsirkar Cinayət Məcəlləsinin 125-ci maddəsi (25-ci maddəsi özünü öldürmə həddinə çatdırmaq) ilə cəzalandırılır. təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur".

Sevda Səfərova

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla