İnterpolun qırmızı və iki sarı bülletenlə axtardığı Qazaxıstan əsilli Nurlan Zharımbetov Türkiyənin İstanbul şəhərində saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Nazir dələduzluq maddəsi ilə axtarışda olan şəxsin İstanbulda keçirilən “Mahzen-27” əməliyyatı zamanı tutulduğunu bildirib.
“Xalqımızın dincliyini pozan beynəlxalq mütəşəkkil cinayətkar təşkilatların və narkotik tacirlərinin nəfəs almasına imkan verməyəcəyik. Əməliyyatı həyata keçirən qəhrəman polislərimizi təbrik edirəm” -deyə nazir qeyd edib.
Şəbnəm Mehdizadə