AZ

Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya pilotsuz təyyarələrin vurulmasında niyə kömək etmədiklərini izah edib

Böyük Britaniya münaqişənin gərginləşməsi riskinə görə, İranın İsrailə hücumu zamanı Böyük Britaniya hərbi hava qüvvələrinin etdiyi kimi, Ukraynaya birbaşa dron əleyhinə dəstək vermir.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron LBC radiosunun efirində deyib.

Onun sözlərinə görə, Britaniyanın bu kontekstdə müdaxiləsi Avropada genişmiqyaslı müharibəyə səbəb ola bilər, başqa sözlə, bu, NATO qoşunlarının Rusiya qüvvələri ilə birbaşa döyüşə girməsi olardı.

Belə ki, Kemeron aprelin 14-nə keçən gecə İraq və Suriya səmasında İranın pilotsuz təyyarələrini və raketlərini vuran Britaniya qırıcılarının Ukrayna səmasında Rusiyanın pilotsuz təyyarələrinə münasibətdə niyə eyni şeyi edə bilmədiyi sualına cavab verib.

Nazir əlavə edib ki, hava hücumundan müdafiə sistemləri PUA-ları vurmaqda daha effektivdir, ona görə də bu, Ukraynanın indi xüsusi ehtiyac duyduğu bir şeydir.

Mənbə: A Haber

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla