AZ

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

Ötən

Bakı, 16 aprel, AZƏRTAC

Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib.

Baş Dövlət Yol Polis İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, Ramazan bayramı ilə əlaqədar aprel ayının 10-dan 15-dək müəyyənləşdirilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 9 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22, ölüm faktı 35, xəsarətlərin sayı isə 40 faiz azalıb.

Qeyri-iş günlərində Baş Dövlət Yol Polis İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və yollarda gündəlik nəzarət tədbirləri həyata keçirib.

Respublika yollarında baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da fasiləsiz olaraq davam etdiriləcək.

 

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla