AZ

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Avtoyuma

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 15-nə keçən gecə Binəqədi rayonundakı avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla avtomobilin avtoyuma məntəqəsinin işçisi tərəfindən qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Samir Abbasov Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Seçilən
67
7
Mənbələr
Şərh ()
Bağla