AZ

İtən 2 yaşlı uşaq altı saat sonra ölü tapıldı

İtən 2 yaşlı uşaq altı saat sonra ölü tapıldı

Türkiyənin Bursa şəhərində ailəsi ilə gəzintiyə çıxan 2 yaşlı uşaq bir müddət sonra yoxa çıxıb

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 100 nəfərlik bir qrupun səfərbər olduğu axtarış işləri nəticəsində dərə yatağında 2 yaşlı uşağın cansız bədəni tapılıb.

Ailə 2 yaşlı uşaqları ilə birlikdə çayın kənarına piknikə gedib. Ata və ana nahar hazırlayarkən azyaşlı ailəsindən uzaqlaşaraq gözdən itib. Ailə 4 saat ərzində uşağı hər yerdə axtarıb. Daha sonra polisə xəbər verib. Jandarma qruplarına məlumat verildikdən sonra hadisə yerinə axtarış-xilasetmə qrupları sövq edilib.

2 saatlıq iş nəticəsində uşağın cansız bədəni polis dalğıc qrupları tərəfindən 500 metr aralıda dərə yatağında tapılıb. Körpənin cəsədi prokurorluq tərəfindən müayinə olunduqdan sonra morqa aparılıb.

Seçilən
102
50
Mənbələr
Şərh ()
Bağla