AZ

Qurbanovu istəyən “Beşiktaş”dan sürpriz həmlə -

Qurban Qurbanovu da gündəminə alan "Beşiktaş" rəhbərliyi hazırda iki məşqçi ilə danışıqlar aparır. Metbuat.az xəbər verir ki, "Beşiktaş" rəhbərliyi Sergen Yalçınla masaya əyləşib. Həmçinin “Beşiktaş”ın gündəmində Şenol Günəş də var. Bildirilir ki, Sergen Yalçınla razılıq əldə olunmasa, “Beşiktaş” Şenol Günəşlə razılıq əldə etməyə çalışacaq.

Qeyd edək ki, bundan əvvəl hər iki məşqçi “Beşiktaş”da çalışıb. Sergen Yalçının "Beşiktaş"la 1, Şenol Günəşin isə 2 çempionluğu var. “Beşiktaş” Superliqa mövsümü başa çatdıqdan onra məşqçi problemini həll edərək, buna uyğun transferlər həyata keçirmək istəyir. Türkiyə mediası "Beşiktaş"ın Qurban Qurbanovu da kluba gətirmək istədiyini yazmışdı. Bəzi mənbələr Qurbanovun “Beşiktaş”a razılıq vermədiyini irəli sürmüşdü.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla